Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-25 15:49:00
Dünyada məşhurlaşan Bakı məktəblisindən növbəti qələbə -Aydın Süleymanli

Monteneqronun Nikşiç şəhərində keçirilən turnirdə Azərbaycan şahmatçısı Aydın Süleymanlı qələbələr seriyasını davam etdirir.

 

AZedu.az  xəbər verir ki, şahmatçımız turnirin ikinci və üçüncü turlarında da inamla mübarizə apararaq rəqiblərinə şans verməyib. Üç turda ardıcıl qələbə qazanan şahmatçımız turnir cədvəlində liderdir.

 

Beşi qrossmeyster olmaqla 16 şahmatçının iştirak etdiyi yarış mayın 4-dək davam edəcək.