Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-11 10:20:00
V qrupa imtahan verənlər mütləq bu vəsaitlər faydalanmalıdırlar-VACİB TOPLU  

Dövlət İmtahan Mərkəzi 10 iyulda əvvəlki illərin məzunları üçün qəbul imtahanı keçirib. V qrupda yer alan ixtisaslar xüsusi qabiliyyət tələb etdiyindən qəbul imtahanında uğur qazanan abituriyentlərə daha ətraflı məlumat vermək üçün müxtəlif vəsaitər nəşr olunur.

AzEdu.az V ixtisas qrupu üzrə qəbul imtahanlarında iştirak edib müəyyən keçid balını toplayan abituriyentlərin faydalanmalı olduğu vəsaitləri təqdim edir.

Dövlət İmtahan Mərkəzi xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyənlər üçün "Abituriyent" jurnalının xüsusi buraxılışı olan vəsaitləri çap edib. Vəsaitlərdə xüsusi qabiliyyət tələb edən ixtisasların yığcam xarakteristikası, onların hansı ali təhsil müəssisələrində olması haqqında məlumatlar, qabiliyyət imtahanı proqramları, qiymətləndirmə meyarları, imtahanlara hazırlıqla bağlı tövsiyələr, tapşırıq nümunələri, reproduksiyalar, normativlər, bir sözlə, xüsusi qabiliyyət tələb edən ixtisasları seçənlərin imtahana səmərəli hazırlaşmaları üçün vacib materiallar əksini tapıb.

Xüsusi qabiliyyət tələb edən ixtisaslara dair materiallar istiqamətlərinə uyğun olaraq 5 kitabçada təqdim edilib. Bunlar Təsviri sənət, Musiqi sənəti, Memarlıq və dizayn, Teatr, kino və xoreoqrafiya sənətləri, Bədən tərbiyəsi və idman adlı kitabçalardır.

Vəsaitlərdə həmçinin,  ümumi (9 illik)  və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə proqramlar, qiymətləndirmə meyarları və tövsiyələr də verilib.

Vəsaitləri DİM-in “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları