Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-23 17:22:00
Azərbaycanda daha 1 809 nəfər COVID-19-a yoluxdu, 33 nəfər öldü  

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 809 yeni yoluxma faktı qeydə alınıb, 2 191 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzEdu.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 33 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 309 789 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 274 766 nəfər müalicə olunaraq sağalıb, 4 307 nəfər vəfat edib. 30 716 nəfər aktiv xəstə sayını təşkil edib.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 097, bu günə qədər isə ümumilikdə 3 164 974 test icra olunub.