Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-23 14:58:00
Elm və innovasiya fondlarının statusu dəyişir    

Elm və innovasiya fondları qeyri-kommersiya statusundan çıxarılır.

 

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Elm haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

 

Qeyd olunub ki, dəyişiklik elm sahəsində yaradılan elm və innovasiya  fondlarının statusu ilə bağlı mövcud məhdudiyyətlərin aradan qaldırılması və qanunvericiliyin təkmilləşdirilməsi məqsədini daşıyır.

 

Mülki Məcəlləyə əsasən, qeyri-kommersiya təşkilatı fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməyən hüquqi şəxsdir. Mövcud qanunda bu məhdudiyyətin aradan qaldırılması elmin inkişafı məqsədilə elm və innovasiya fondlarının yaradılmasını, habelə onların qanunvericiliklə nəzərdə tutulan digər hüquqi şəxslər formasında yaradılmasını və fəaliyyətini təşviq edəcək.

 

Qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib.