Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-23 14:22:00
Qubada 1411 şagird biliyini sınayıb

Aprelin 23-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən təşkil olunan buraxılış imtahanlarında Quba rayonundan 1411 nəfər iştirak edib.

DİM-in Xaçmaz regional bölməsinin müdiri Faiq Nadirsoy AzEdu.az-ın bölgə müxbirinə bildirib ki, 8 mərkəzdə keçirilən imtahanlara 138 nəzarətçi müəllim, o cümlədən 27 imtahan rəhbəri cəlb olunub.

Bu gün Quba ilə yanaşı, Bakı şəhərinin Nərimanov, Qaradağ, Xəzər və Yasamal rayonlarında, həmçinin Abşeron, Ağsu, Balakən, Füzuli, Masallı, Neftçala, Quba, Zərdab rayonlarında və Mingəçevir şəhərində Dövlət İmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirilib.

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanları saat 11:00-da başlanıb və 3 saat davam edib.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Pandemiya dövrünün tələblərinə uyğun olaraq imtahan mərkəzlərində əvvəlcədən zəruri profilaktik tədbirlər görülüb, binalarda və zallarda dezinfeksiya işləri aparılıb. Binaya daxil olan iştirakçıların məsafədən ölçən elektron termometrlə hərarətləri yoxlanılıb. İştirakçılar bütün prosesboyu tibbi maskadan istifadə ediblər. İmtahan otaqlarında iştirakçıların sayı sosial məsafə prinsiplərinə uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə təmin olunub.