Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-23 12:46:00
Respublikanın 16 şəhər və rayonunda tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilir  

Bu gün Bakı şəhərinin Nərimanov, Qaradağ, Xəzər, Yasamal rayonlarında, Abşeron, Ağsu, Balakən, Füzuli, Masallı, Neftçala, Quba, Zərdab rayonlarında və Mingəçevir şəhərində Dövlət İmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirilir. İmtahanlar saat 11:00-da başlanıb.

 

Mərkəzdən AzEdu.az-a bildirilib ki, respublikanın 16 şəhər və rayonunda keçirilən imtahanlarda 17679 şagirdin iştirakı nəzərdə tutulur. İmtahanların təşkil edilməsi üçün ümumilikdə 85 imtahan binası, 1359 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 85 ümumi imtahan rəhbəri, 225 imtahan rəhbəri, 1712 nəzarətçi–müəllim, 170 buraxılışı təşkil edən əməkdaş (mühafizə), 85 bina nümayəndəsi ayrılıb.