Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-23 12:35:00
AzTU-da “Qarabağ – milli-mənəvi dəyərlər ocağı” mövzusunda tədbir keçirilib


Azərbaycan Texniki Universiteti (AzTU), Mənəvi Dəyərlərin Təbliği Fondu və “Azərbaycan Mədəniyyəti” sosial platformasının birgə təşkilatçılığı ilə “Qarabağ – milli-mənəvi dəyərlər ocağı” mövzusunda onlayn tədbir keçirilib.

 

AzEdu.az xəbər verir ki tədbir Mənəvi Dəyərlərin Təbliği Fondunun videoçarxının nümayişi ilə başlayıb.

 

Daha sonra universitetin prorektoru İsa Xəlilov Azərbaycan xalqının keçdiyi çoxəsrlik inkişaf yolundan danışıb. Prorektor universitetdə milli-mənəvi dəyərlərin təbliği istiqamətində müxtəlif maarifləndirici tədbirlərin həyata keçirildiyini də diqqətə çatdırıb.

 

Qarabağ həm coğrafi, strateji, həm də milli və mənəvi baxımdan xalqımız üçün çox dəyərlidir. Bu fikirləri isə Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov bildirib.

 

O deyib ki, ərazi bütövlüyünün bərpası ilə Azərbaycan maddi və mənəvi sərvətlərini, dəyərlərini özünə qaytardı.

 

Bu gün gənclərin üzərinə düşən əsas vəzifələrdən biri də Azərbaycan mədəniyyətini, tarixini, qədim abidələrini qorumaq və dünyada təbliğ etməkdir.

 

Fondun icraçı direktorunun müavini Ceyhun Əliyev torpaqlarımızın işğaldan azad edilməsinin çoxəsrlik tariximizin ən parlaq səhifələrindən biri olduğunu diqqətə çatdırıb.

 

Sonra AzTU-nun əməkdaşlarının hazırladığı videoçarx təqdim olunub.

 

Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən hazırlanan “Yeni çağırışlar və Azərbaycan” sənədli filminin nümayişindən sonra tədbir bədii hissə ilə davam edib.

 

AzTU-nun tələbələri Hikmət Fərəczadə, Aytən Abızadə, Nəzrin Zülfüqarova, Fərid Əfəndiyev, Aynur Abdulvahabova və “Azərbaycan Mədəniyyəti” platformasının xanəndələri Samir Yadigarov, Ülkər Orucova, Elşən Məmmədov, Ruhəngiz Musayevanın ifaları maraqla qarşılanıb.