Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-23 12:11:00
Buraxılış imtahanının nəticələri bu tarixdə açıqlanacaq

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən aprelin 22-də respublikanın bir şəhər və doqquz rayonunda tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirilib.

 

DİM-dən AzEdu.az-a verilən məlumata görə, aprelin 23-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq.

 

İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin 3 həftə ərzində elan olunması nəzərdə tutulur.