Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-22 15:32:00
Sual kitabçalarının şəklini yayan 4 nəfərin kimliyi müəyyən edilib - DİM

"Təəssüf ki, ötən buraxılış imtahanlarında abituriyentlər (4 nəfər) tərəfindən sual kitabçasının şəklini çəkərək sosial şəbəkələrdə yayması hallarına rast gəlinib".

 

AzEdu.az xəbər verir ki. bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

 

Həmin qayda pozuntularına yol vermiş imtahan iştirakçılarının kimliyi müəyyən olunub və onlar haqqında araşdırma aparılır.

 

Qeyd  edilib ki, abituriyentlər imtahan başa çatdıqdan sonra da DİM tərəfindən yoxlama aparılıdığını və qayda pozuntularına yol vermiş şəxslərin nəticələrinin ləğv olunduğunu nəzərə almalıdırlar.