Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-22 14:32:00
“Qarabağın iqtisadiyyatının gələcəyinə baxış” mövzusunda beynəlxalq konfrans keçiriləcək

8 iyul  2021-ci il tarixində Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Qarabağın iqtisadiyyatının gələcəyinə baxış: dayanıqlı inkişafın yeni modeli” mövzusunda onlayn Beynəlxalq elmi-praktiki konfrans keçiriləcək.

 

AzEdu.az xəbər verir ki, konfransın məqsədi Azərbaycanın işğaldan azad olunan ərazilərinin mövcud vəziyyətini, “Böyük qayıdış”ın sosial, iqtisadi, demoqrafik və infrastruktur məsələlərini, eləcə də əhalinin yaşayış təminatını elmi əsaslarla beynəlxalq səviyyədə müzakirə etməkdən ibarətdir.

 

Konfrans materiallarının təqdim olunması üçün son tarix: 08.06.2021-ci il

 

Əlaqə: email: [email protected]

telefon: (+99412) 4927870

ƏTRAFLI

MƏQALƏ FORMASI