Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-22 12:26:00
AMEA-da Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar məqalələr toplusu hazırlanır

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutu ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilmiş silsilə tədbirlər keçirir.

İnstitutdan AzEdu.az-a bildirilib ki, bu tədbirlər çərçivəsində ulu öndər Heydər Əliyevin 98 illiyi ilə əlaqədar məqalələr toplusunun çapı nəzərdə tutulur. Topluda məqaləsini çap etdirmək istəyənlər müəssisənin elmi katibliyinə müraciət edə bilərlər.