Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-22 10:12:00
DİQ üzrə müsabiqənin müsahibə mərhələsi bu tarixdə keçiriləcək  

Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsinin may-avqust aylarında keçirilməsi nəzərdə tutulur.

Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, müsahibə mərhələsində namizədlərin daha hazırlıqlı iştirakını təmin etmək məqsədilə müsabiqə proqramı və nümunəvi müsahibə sualları hazırlanıb. Təhsil Nazirliyinin rəsmi saytında yer almış müvafiq linklərə daxil olaraq proqram və nümunəvi suallarla tanış olmaq mümkündür.

Müsahibələrin 4 mərhələdə təşkili nəzərdə tutulur. İlkin mərhələdə imtahan nəticəsi 36 baldan yuxarı olan və şagird sayı 1000-dən çox olan ümumi təhsil müəssisələrində vakant direktor vəzifəsini seçmiş namizədlərin iştirakı planlaşdırılır.

Təhsil Nazirliyi müsahibə mərhələsində iştirak edəcək bütün namizədlərə uğurlar arzulayır.