Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-21 17:51:00
Test imtahanından keçən namizədlər sertifikatlarını ala bilərlər - DİM  

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğunun B (inzibati icraçı) növünə aid vəzifələrin tutulması məqsədilə fevralın 19-da keçirilmiş test imtahanından müvəffəqiyyətlə keçən namizədlərin sertifikatlarının verilməsinə başlanılıb.

 

DİM-dən AzEdu.az-a bildirilib ki, test imtahanında uğur qazanmış namizədlər şəxsiyyət vəsiqələrini təqdim etməklə sertifikatlarını ala bilərlər. Bunun üçün onlar DİM-in Bakı şəhəri, Koroğlu Rəhimov küçəsi, 108 ünvanında yerləşən inzibati binasına və ya Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Göyçay, Şəmkir, Şirvan, Bərdə və Xaçmaz regional bölmələrinə müraciət etməlidirlər.