Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-21 16:51:00
Azərbaycanda son sutkada 2075 nəfər COVID-19-a yoluxdu, 32 nəfər öldü  

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 075 yeni yoluxma faktı qeydə alınıb, 2 480 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzEdu.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 32 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 305 933 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 269 965 nəfər müalicə olunaraq sağalıb, 4 235 nəfər vəfat edib. 31 733 nəfər aktiv xəstə sayını təşkil edib.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 679, bu günə qədər isə ümumilikdə 3 141 335 test icra olunub.