Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-21 16:15:00
Dünya universitetlərinin reytinqi açıqlandı - Azərbaycandan hansı universitetlər yer alır?  

Dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri olan Times Higher Education (THE) 2021-ci il üçün “THE İmpact Ranking” reytinqini açıqlayıb.

 

AzEdu.az xəbər verir ki, dünya universitetlərinin Birləşmiş Millətlər Təşkilatının 17 Dayanaqlı İnkişaf Məqsədinə adekvat fəaliyyəti və bunun cəmiyyətə təsirini ölçən bu reytinqdə Azərbaycanın da bir neçə universiteti yer alıb. Sevindirici haldır ki, ilk dəfə olaraq reytinqə ölkəmizdən 6 ali təhsil müəssisəsi düşüb, onlardan ikisi xüsusilə yüksək nəticə göstərib.

 

Ölkə üzrə ən yaxşı yerdə qərarlaşan universitetlər Xəzər Universiteti və Qərbi Kaspi Universitetidir. Bu ali təhsil ocaqları müvafiq olaraq 401+ və 601+ universitetlərin siyahısında yer alıblar.

 

Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Bakı Mühəndislik Universiteti isə  801+ yerdə qərarlaşıblar. Bakı Dövlət Universiteti isə 1001+ ali təhsil müəssisəsi arasında yer alıb.

 

Qeyd edək ki, dünyada mövcud olan təxminən 25 min universitetdən 5 mindən artıq ali təhsil ocağı hər il təşkilata reytinq qiymətləndirilməsində iştirak üçün müraciət edir. Bu il 1240 ali təhsil ocağı reytinqə daxil edilib. Reytinq Birləşmiş Millətlər Təşkilatının 2030-cu ilə qədərki dövr üçün formalaşdırdığı Davamlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi prosesinə ali məktəblərin təsirinin qiymətləndirilməsinə həsr olunub.

 

Reytinqlə aşağıdakı keçiddən tanış olmaq olar:

 

https://www.timeshighereducation.com/impactrankings#!/page/0/length/25/sort_by/rank/sort_order/asc/cols/undefined