Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-21 15:03:00
BMU tələbələri üçün ödənişsiz təhsil proqramına start verildi  

Bakı Mühəndislik Universitetinin (BMU) Distant Təhsil və Keyfiyyətin Təminatı Mərkəzi, Elm və İnnovasiya şöbəsi və Texnopark Mərkəzinin ortaq təşkilatçılığı ilə universitet tələbələri üçün “COURSERA FOR CAMPUS” təhsil proqramına start verilib.

 

AzEdu.az xəbər verir ki, proqramın əsas məqsədi koronavirusdan təsirlənmiş ölkələrin təhsil müəssisələrinə COURSERA şirkəti tərəfindən təhsil sahəsində dəstək vermək, gələcək karyeranın qurulmasında tələbələrə kömək etməkdir. Qeyd olunan proqram çərçivəsində BMU tələbələri dünyanın ən qabaqcıl 18 universitet və şirkətinin 400 ixtisas üzrə 4262 onlayn kurslarına qatılmaq imkanı əldə edəcəklər.

 

Bundan başqa, “COURSERA FOR CAMPUS” proqramında iştirak edəcək hər bakalavr və magistratura tələbəsinə 1 lisenziya veriləcək və 1 il ərzində istənilən 1 kurs üzrə ödənişsiz sertifikat almağa imkan yaradılacaq.

 

Proqramda iştirak sayı: 5000 nəfərdir.

 

“COURSERA FOR CAMPUS” təhsil proqramına qatılmaq istəyən tələbələrdən aşağıdakı link vasitəsilə qediyyatdan keçmələri xahiş olunur:

 

https://docs.google.com/forms/d/e/1FAIpQLSdtUcQMCU_rPyqYAcf6QmON0Zoim_3FSCnzkgh0seSFSyihdA/viewform