Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-21 14:26:00
Nazirliyin birbaşa tabeliyində olan lisey və gimnaziyalara qəbul bu şəkildə həyata KEÇİRİLİR

Təhsil Nazirliyinin birbaşa tabeliyində olan Bakı Avropa liseyi, Respublika İncəsənət gimnaziyası və Bülbül adına Orta İxtisas Musiqi məktəbinin tədris Azərbaycan dilində aparılan I siniflərinə qəbul uşaqların xüsusi hazırlıqlarının yoxlanılması məqsədilə təşkil olunan müsabiqə komissiyalarının rəyi əsasında həyata keçirilir.

 

AzEdu.az xəbər verir ki, bu barədə  Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, qeyd olunan təhsil müəssisələrinin rus bölməsi üzrə birinci siniflərinə qəbul isə həmin dil üzrə şifahi nitq bacarıqlarının yoxlanılması məqsədilə təşkil olunan müsahibə və uşaqların xüsusi hazırlıqlarının yoxlanılması məqsədilə təşkil olunan müsabiqə komissiyalarının rəyi əsasında aparılır.