Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-21 14:02:00
Dövlət Proqramı məzunundan növbəti təlim proqramı  

“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı“ məzunlarının ictimaiyyətə tanıdılması, eyni zamanda əldə etdikləri bilik və bacarıqların paylaşılması məqsədilə davamlı olaraq təlimlər keçirilir.

 

23 aprel saat 14:00-da baş tutacaq təlim proqramı “İnformasiya Texnologiyalarının İdarəedilməsi” mövzusuna həsr edilib. Təlimçi yuxarıda qeyd olunan Dövlət Proqramı çərçivəsində Böyük Britaniyanın Mançestr Universitetinin dəyişim və inkişaf ixtisası üzrə magistratura pilləsindən məzun Rauf Cabbarovdur. Təlimdə iştirak etmək üçün müvafiq link   https://cutt.ly/DvPPFhi  vasitəsilə  qeydiyyatdan keçmək mümkündür.

 

Qeyd edək ki, onlayn təlimə dair keçid yalnız qeydiyyatdan keçmiş şəxslərə göndəriləcək.