Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-20 15:16:00
"Karyera planlaması" mövzusunda onlayn təlim keçirilib

Azərbaycan Texniki Universitetinin (AzTU) Karyera mərkəzi ilə Hoffman CO şirkətinin  əməkdaşlığı çərçivəsində "Karyera planlaması" mövzusunda onlayn təlim keçirilib.

 

AzEdu.az xəbər verir ki, karyera işləri üzrə beynəlxalq dərəcəli ekspert Vüqar Hüseynli tədbirin əhəmiyyətindən danışaraq qeyd edib ki, məzunların işə qəbulunda düzgün karyera seçimi və təcrübə proqramlarında iştirak etməklə uğurlu irəliləyişə nail olmaq mümkündür.

 

Təlimdə iştirak edən tələbələr CV göndərdikdən sonra müsahibə zamanı verilən suallardan narazı qaldıqlarını bildirib. Vüqar Hüseynli isə öz növbəsində CV yazarkən diqqət edilməli məqamları iştirakçıların nəzərinə çatdırıb. Daha sonra "Uğurlu müsahibə" adlı videoçarx nümayiş olunub. Təlimdə iştirak edən AzTU-nun Karyera mərkəzinin mütəxəssisi Elcan Qurbanov universitetdə tələbə və məzunların karyera imkanlarının artırılması ilə bağlı görülən işlərdən danışıb.

 

Təlimin sonunda tələbələrin sualları cavablandırılıb.