Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-20 13:48:00
Rayon qeydiyyatında olanlar paytaxtda I sinifə gedə biləcəklər?- CAVAB

“Bakı şəhərində daimi qeydiyyatı olmayan şəxslərin övladları paytaxtda I sinifə gedə bilərlər”.

 

Bunu Təhsil Nazirliyinin İnformasiya təminatı sektorunun müdiri Namiq Ağayev bildirib.

 

Onun sözlərinə görə, valideynlər paytaxtda əksər məktəblərə sorğu verərək uşağını məktəbə qəbul etdirə bilər:

 

“Həmin valideynlərə müvəqqəti və ya qeydiyyatsız yaşadıqları ərazidə yerləşən məktəbdə sıxlıq olduğu halda, digər məktəbləri seçmələri tövsiyə olunur”.

 

Oxu.az