Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-20 13:12:00
I siniflərə qəbulla bağlı müsahibələr onlayn aparılacaq - Bütün bölmələrdə  

“Aprelin 29-dan dövlət ümumi təhsil müəssisələrinin tədrisi digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı məktəbəhazırlıq qruplarına cəlb olunmuş və cəlb olunmamış uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının yoxlanılması məqsədilə təşkil olunan müsahibəyə yazılmaq üçün qeydiyyat prosesinə başlanılacaq”.

 

AzEdu.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin əməkdaşı Elçin Kərimov 2021-2022-ci tədris ili üzrə birinci sinfə qəbulla bağlı sualları cavablandırarkən bildirib. 

 

O qeyd edib ki, dövlət ümumi təhsil müəssisələrinin tədrisi digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı müsahibəyə yazılma mərhələsi aprelin 29-da başlayıb iyunun 8-də başa çatacaq.  

 

Həmçinin dövlət ümumi təhsil müəssisələrində tədrisi digər dillərdə aparılan birinci siniflərə qəbulla bağlı müsahibələrin 4 may - 14 iyun tarixlərində onlayn həyata keçirilməsi nəzərdə tutulur.