Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-19 20:57:00
Bakalavriat və magistratura proqramlarında yeniliklər  tətbiq ediləcək

İxtisaslı kadrların hazırlığında spesifik təhsil proqramları üzrə inteqrasiya edilmiş bakalavriat və magistratura proqramları tətbiq ediləcək.

 

AzEdu.az-ın məlumatına görə, bu, “Ali təhsil haqqında” qanun layihəsinin ilkin versiyasında əksini tapıb.

 

Layihəyə əsasən, inteqrasiya edilmiş təhsil proqramları Avropa Kredit Transferi və Toplanılması Sisteminin (AKTTS) tələbləri əsasında formalaşır (5 və ya 6 il müddətində) və 300 kredit əsasında təşkil edilir.

 

İnteqrasiya edilmiş təhsil proqramları magistr kvalifikasiyasının qazanılması ilə yekunlaşır və ali təhsilin doktorantura səviyyəsinə qəbul olunmaq imkanı yaradır.

 

Ali təhsilin üçüncü səviyyəsi üzrə magistr kvalifikasiyasının verilməsi ilə yekunlaşması gözlənilən uzadılmış təhsil proqramlarına daxil olmanın əsas şərtləri 6-cı səviyyənin şərtləri ilə uyğundur və AzMKÇ-nin 4-cü və ya 5-ci səviyyələri üzrə nəticələri tələb edir.

 

İnteqrasiya edilmiş təhsil proqramlarında AzMKÇ-nin 7-ci səviyyəsi üzrə yetərli hesab edilməyən, lakin 6-cı səviyyə üçün yetərli hesab edilən təlim nəticələri və toplanmış kredit sayı bakalavriat kvalifikasiyasının verilməsi ilə yekunlaşır.