Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-20 09:24:00
Azərbaycanda tələbə intihar etdi - FOTO  

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının dördüncü kurs tələbəsi Paşa Mehdiyev intihar edib.

 

Modern.az xəbər verir ki, hadisə Tovuzun Aşağı Öysüzlü kəndində qeydə alınıb. 2001-ci il təvəllüdlü P.Mehdiyevin hansı səbəbdən intihar etdiyi hələlik bəlli deyil.

 

Qeyd edək ki, özünü asaraq intihar edən tələbə AzDBTİA-da futbol ixtisası üzrə təhsil alırmış.

 

Faktla bağlı araşdırma aparılır (qafqazinfo).