Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-19 09:24:00
UNEC professoru beynəlxalq simpoziumda valyuta siyasətindən danışdı

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) "Maliyyə və maliyyə institutları" kafedrasının professoru Elnur Sadıqov Sankt Peterburq Dövlət Universitetinin keçirdiyi beynəlxalq simpoziumda iştirak edib.

 

AzEdu.az xəbər verir ki, “Beynəlxalq ticarət sisteminin təkamülü, problemlər və perspektivlər” mövzusunda kecirilən simpoziumda prof. E.Sadıqov Azərbaycanın valyuta siyasəti mövzusunda cıxış edib. Eləcə də dünya valyuta bazarının inkişafı, beynəlxalq ticarətə və ölkələr arasında kapitalın hərəkətinə təsir göstərən rəqabətli bazar mexanizmindən bəhs edib.

 

Çıxışın sonunda UNEC professoru sualları cavablandırıb.