Azərbaycan Texniki Universiteti (AzTU) ilə “ALSTOM Transport Azərbaycan” MMC arasında imzalanan memoranduma uyğun olaraq “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC və “Antwerp International”ın təşkilatçılığı ilə Beynəlxalq Ticarət Missiyası proqramının onlayn təqdimatı keçirilib. Proqram çərçivəsində Belçikanın Brüssel, Antverpen və Gent şəhərlərində treninqlərin keçirilməsi nəzərdə tutulur.

 

AzTU-dan AzEdu.az-a bildirilib ki, təqdimat zamanı Beynəlxalq Ticarət Missiyası Proqramı çərçivəsində 28 iyun - 2 iyul tarixlərində “APEC Antwerp/ Flanders” Liman Təlim Mərkəzi ilə birlikdə keçiriləcək tədbirlər, tədris proqramı və ziyarət turları haqqında ətraflı məlumat verilib. Həmçinin sual-cavab sessiyası keçirilib.

 

Təqdimatda AzTU-nun prorektorları İlham Pirməmmədov və İsa Xəlilov, Nəqliyyat və logistika fakültəsinin dekanı Allahverdi Şərifov, dekan müavini Qəzənfər Axundov, Energetika və avtomatika fakültəsinin dekanı Hüseynqulu Quliyev, Karyera mərkəzinin müdiri Aytac Rzayeva iştirak edib.

 

Proqram çərçivəsində hazırlıq işləri AzTU-nun Nəqliyyat və logistika, Energetika və avtomatika fakültələri və Karyera mərkəzinin birgə təşkilatçılığı ilə davam etdiriləcək.