Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-15 15:25:00
UNEC beynəlxalq konfransa ev sahibliyi edəcək  

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə Türkiyənin Sakarya Universitetinin birgə təşkil edəcəyi konfransın 2022-ci ilin may ayında UNEC-də keçirilməsi nəzərdə tutulur.

UNEC-dən bildirilib ki, konfransın məqsədi alim, tədqiqatçı və sənayeçiləri bir araya gətirərək təcrübə və tədqiqat nəticələrini bölüşmək, eləcə də mühəndislikdə yeni texnologiyaların, kimyəvi elmlər və texnologiyalardakı yenilikçi metodların müzakirəsini təşkil etməkdir. Konfrans proqramına bir çox sosial tədbirlər də daxil olacaq ki, bu da elm adamları arasında əlaqə və fikir mübadiləsi aparmaları üçün platforma rolunu oynayacaq.

Tədbirlər planına əsasən, 3 fərqli konfransın - Kimyəvi elmlər və texnologiyalar üzrə 6-cı, Humik turşular üzrə 5-ci, Təbiət elmləri və Mühəndislikdə ixtiralar üzrə 4-cü Beynəlxalq Türk Dünyası konfranslarının eyni anda keçirilməsi nəzərdə tutulur.

Sakarya Universitetinin kimya üzrə professoru Ahmet Tutar tərəfindən təşkil olunacaq konfranslar türk dövlətləri və digər dövlətlər olmaqla 3-4 günlük elmi-praktik proqram əsasında hazırlanır.

Konfranslara dünyanın bir çox ölkələrindən, o cümlədən Ukraynadan, Bolqarıstandan, Belarusdan, Rusiyadan, Banqladeşdən, Hindistandan, İrandan, Bosniya və Herseqovinadan, Əlcəzairdən, İraqdan, Pakistandan, Özbəkistandan, Türkmənistandan, Qazaxıstandan, Türkiyədən və Azərbaycandan çoxsaylı professorlar, mühəndislər və mütəxəssislər qatılır.