Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-15 15:13:00
Təhsil İnstitutu əməkdaşının həmmüəllif olduğu kitab Türkiyədə çapdan çıxıb  

Təhsil İnstitutunun strateji təhsil tədqiqatları və inkişaf layihələrinə rəhbərlik edən aparıcı elmi işçisi Könül Abaslının həmmüəllif olduğu “Türkiyədə ali təhsilin mənzərəsi” (Türkiye'de Yükseköğretimin Panoraması) kitabı “Nobel Akademik Yayıncılık” nəşriyyat evi tərəfindən çap edilib.

Bu barədə Təhsil İnstitutundan məlumat verilib. Bildirilib ki, kitabın Könül Abaslı tərəfindən hazırlanan bölməsində “Ali təhsildə miqrasiya siyasəti” haqqında məlumatlar əksini tapıb və miqrasiyanın ali təhsil sistemi üzərindəki iqtisadi və sosial-mədəni təsirləri təhlil edilib.

İnkişaf etmiş ölkələrdə tətbiq olunan təhsil siyasətinin Türkiyədəki ali təhsil sisteminə tətbiq edilməsinin nə dərəcədə uğurlu olması barədə fikirləri əks etdirən kitabda “Türkiyədə ali təhsil nədir?”, “Əsas istiqamətlər hansılardır?” və “Ali təhsil sistemi nə dərəcədə tanınır?” kimi suallara cavab verilib.

Nəşrdə, həmçinin ali təhsil sisteminin təkmilləşdirilməsi üçün ixtisas üzrə elmi tədqiqatlar artırılması, Türkiyənin ali təhsil sisteminin ehtiyaclarını ödəmək üçün siyasətin hazırlanması, böyük sayda gənc əhalisi olan Türkiyənin insan resurslarını daha effektiv və səmərəli şəkildə qiymətləndirə bilməsi, elm adamlarının beyin axınının qarşısını almaq üçün ixtisas üzrə elmi araşdırma və siyasətin ərsəyə gəlməsi məsələlərindən danışılır.