Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-15 15:01:00
Buraxılış imtahanlarının nəticələri bu tarixdə məlum olacaq  

Dövlət İmtahan Mərkəzi tərəfindən aprelin 15-də keçirilən tam (11 illik) buraxılış imtahanlarının nəticələrinin elan olunacağı vaxt bilinib.

DİM-dən  verilən məlumata görə, aprelin 16-dan etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq.

 

İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin 3 həftə ərzində elan olunması nəzərdə tutulur.