Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-15 12:49:00
Distant tədrisdə valideynlər ən çox bu səhvlərə yol verirlər?- Psixoloqdan tövsiyələr

 

 

“Şagirdlərin distant mühitə adaptasiyasını  və uğurlu  nəticə əldə etmələrini təmin etmək üçün  valideyn və müəllimlər bir yerdə çalışmalıdırlar”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında “İdrak” bağçasının direktoru, psixoloq Fərqanə Mehmanqızı deyib.

 

O, distant təhsil zamanı müəllim və valideynlərin qarşılaşdığı çətinliklərdən söz açıb:

 

“Pandemiya mühiti cəmiyyətdə yeni reallıqlar yaratdı. Mövcud şəraitdən istifadə edərək  təhsildən geri qalmamaq üçün  distant üsula  keçirildi. Burada məsuliyyət və ağırlıq valideyn və şagirdlərin üzərinə düşür. Bu dönəmi  ən həssas kateqoriya olan şagirdlər üçün  düzgün şəkildə keçirtməyə kömək etmək lazımdır. Uşaqların distant mühitə adaptasiyasını  və uğurlu  nəticə əldə etmələrini təmin etmək üçün  valideyn və müəllim bir yerdə çalışmalıdır. Lakin bəzən valideynlər bu prosesdə səhvlərə yol verirlər. Belə ki, onlar distant təhsil zamanı  övladlarını izləyir və onlara müdaxilə edərək psixoloji və fiziki şiddət göstərirlər. Məsələn, valideynlər övladlarına deyə bilərlər ki, müəllimin sualına niyə gec cavab verdin,  nə üçün düzgün danışa bilmədin, nə səbəbdən özünü itirdin.  Bu zaman şagirdlərdə gərginləşmə yaranır və  dərslərinə  yönələ bilmirlər. Bu da distant təhsildə çətinliklər yaradır”.

 

Valideynlər də distant təhsil zamanı bir sıra problemlərlə qarşılaşırlar:

 

“Əyani tədris zamanı müəllimlər şagirdlərlə daha rahat ünsiyyət qura bilirlər. Çünki ənənəvi tədrisdə əsas şəxs rolunu  müəllim oynayır.  Valideynin nəzarət mexanizmi isə  təhsil müəssisəsində çox olmur. Bu hallarda şagird özünü kollektivə tam şəkildə adaptasiya edə bilir. Valideynlərin çoxu isə bu ünsiyyəti yaratmaqda problem yaşayırlar. Onlar müəllim və uşaqlarda qüsur axtarmaq əvəzinə,  övladı ilə birlikdə öyrənməli, onun  distant təhsilə adaptasiyasını təmin etməlidir. Bəzi  valideynlər var ki, zəng edib müəllimlərə deyirlər ki, niyə mənim övldımdan dərs soruşmursan.  Belə olduqda şagird- müəllimlərdə müəyyən stress, gərginlik yaranır,  əsas vəzifə kənarda qalır və  başqa problemlər ortaya çıxır. Bu gün şagirdlərin çoxu evdədir, onların sosial həyatdan kənar qalması psixologiyalarını gərginləşdirir. Çünki onların məktəbdə dostları və sosial mühiti var idi, həmçinin, müəllim və dostları ilə kontaktı olurdular.

 

Hər insanın bildiyini demək, onu təsdiq etmək , ictimai mühitdə özünü təsdiqləmək ehtiyacı var. Bu zaman həmin şəxs rahat olur və ehtiyacını ödəyir. Əgər şagird sosial və ictimai mühitdə  olan kollektiv və sinifində özünü təsdiq edə bilirsə,  bu  onda özgüvən yaradır və daha uğurlu olmasına şərait yarada bilir”.

 

Psixoloq distant təhsilin yaratdığı çətinliklərdən danışıb:

 

“Hər bir insanın enerji balansı var. Onlayn tədris bu mənada ənənvini əvəz edə bilmir. Burada hər kəs fərqli mühitdə olur, internet problemi yaşanır, ailə üzvlərinin şəxsin yanında olması problemi baş verir. Valideynlərdən xahiş edirik ki, şagird və müəllimlərə yardım etsinlər.  Bu həm təhsil mühiti, həm də şagirdlər üçün yeni etaptır. Valideynlər övladlarının üzərinə gələrək onlara hər hansısa tələb irəli sürəcəklərini gözləməməli və təmkinli olmalıdır”.

 

Qarşıdan buraxılış imtahanları gəlir. Ötən illərin statistikasına uyğun olaraq deyə bilərik ki, bəzi ali məktəbə qəbul oluna bilməyən abituriyentlər inthara əl atırlar. İlin bu dönəmində intahar və  psixoloji müraciətlərin sayı artır.  Valideynlərdən xahiş edirik ki, övladları ilə psixoloji münasibət qurmağa çalışsınlar. Onların özgüvənlərinə toxunmadan  mümkün qədər dügzün seçim imkanı tanısınlar. Bundan əlavə universitetin onlar üçün əsas faktor olmadığını, övladlarının vacib olduğunu anlatsınlar. Valideynlər övladlarına  anlatmalıdır ki, səni övladım olduğun üçün sevirəm,  universitet tələbəsi olduğun üçün deyil. Hər şey valideyndən aslıdır, amma o hər hansısa hadisəni necə qavrayır və qəbul edirsə, övladı dao şəkildə mənimsəyir. Valideynlər təmkinli şəkildə  rəftar etməlidir, müəllimlər bütün gün internet qarşısında olurlar, distant təhsildə şagirdlərlə məşğul olurlar. Ümid edirəm ki, pandemiya zamanı bizim üçün əsas  şərt təhsildən geri qalmamaq  və sağlam normal həyatımıza qayıtmaq. Çünki buna həm müəllim, həm də şagirdlərin ehtiyacı var”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları