Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-14 16:19:00
Əlavə təhsil haqqında bilmədiklərimiz - Hansı istiqamətləri əhatə edir?

 

Əlavə  təhsil  ali, orta  ixtisas  və  peşə  təhsili  pillələrinin  hər  hansı  birini  bitirmək  haqqında  dövlət  sənədi  olan  hər  bir  vətəndaşın  fasiləsiz təhsil  almaq  imkanını  təmin  edir.

 

İnsan  potensialının  inkişafı, kadrların  intellektual  və  peşə  hazırlığı səviyyəsinin  yüksəldilməsi  və  təkmilləşdirilməsi, onların  daim  dəyişən  və yeniləşən  əmək  şəraitinə  uyğunlaşdırılması, yaşlı  vətəndaşların  ölkənin sosial, iqtisadi, siyasi  və  mədəni  həyatında  fəal  və  səmərəli  iştirakının  təmin  edilməsi  əlavə  təhsilin  əsas  vəzifələridir.

 

Bəs  ölkəmizdə  əlavə  təhsil  hansı  istiqamətləri  əhatə  edir?

 

AzEdu.az  “Təhsil  haqqında”  qanunun  24-cü  maddəsinə  əsasən, bu  istiqamətləri  təqdim  edir:

 

  • ixtisasartırma;

 

  • kadrların yenidən  hazırlanması;

 

  • stajkeçmə və  kadrların  təkmilləşdirilməsi;

 

  • təkrar ali, orta ixtisas və yüksək texniki peşə təhsili;

 

  • dərəcələrin yüksəldilməsi;
  • yaşlıların təhsili;

 

Əlavə  təhsil  ixtisasartırma  və  yenidənhazırlanma qurumlarında, təhsil  müəssisələrində  yaradılmış  müvafiq  strukturlarda, stajkeçmə  və  peşə  hazırlığı  kurslarında  və  bu  sahə  üzrə fəaliyyətinə  lisenziya  verilmiş  digər  müəssisələrdə  həyata  keçirilir.

 

Qeyd  edək  ki, əlavə  təhsilin  məzmunu  və  təşkili  qaydaları  xüsusi  təhsil  proqramlarına  uyğun  olaraq  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  müəyyən  edilir.