Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-14 16:06:00
Təhsil üçün vaksinasiya - FOTOSESSİYA  

Martın 3-dən ölkəmizdə Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ümumi təhsil müəssisələrinin pedaqoji və texniki heyəti üçün vaksinasiya prosesinə başlanılıb. Təhsil işçilərinin vaksinləşmə prosesi yaş kateqoriyasına uyğun olaraq mərhələli şəkildə həyata keçirilir.

AzEdu.az Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrinin əməkdaşlarının vaksinasiya prosesindən fotosessiyanı təqdim edir.

Xatırladaq ki, təhsil işçilərinin vaksinasiyasını həyata keçirmək üçün Təhsil Nazirliyinin göstərişi ilə paytaxtdakı ümumi təhsil məktəblərində 10 peyvənd məntəqəsi yaradılıb. Təhsil işçilərinin COVID-19 əleyhinə vaksinasiyaya daha fəal qoşulması üçün #TəhsilÜçünVaksinasiya həştəq kampaniyası keçirilir.