Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-14 14:30:00
Naxçıvanski adına hərbi liseyin 50 illiyi qeyd ediləcək - RƏSMİ

Azərbaycan Prezidenti İlham Əliyev Cəmşid Naxçıvanski adına hərbi liseyin 50 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. 

 

AzEdu.az xəbər verir ki, sərəncamda deyilir:


1. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Cəmşid Naxçıvanski adına hərbi liseyin 50 illiyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirsin.

 

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.