Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-14 12:25:00
Kollecdə maarifləndirici tədbir: Bərk məişət tullantıları və sağlam həyat tərzi  

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Maliyyə-İqtisad Kollecində “Bərk məişət tullantıları və sağlam həyat tərzi” mövzusunda onlayn tədbir keçirilib.

 

UNEC-dən AzEdu.az-a verilən məlumata görə, kollecin direktoru dosent Oruc Məmmədov tədbirin “Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018-2022-ci illər üçün Milli Strategiya”nın həyata keçirilməsi üzrə tədbirlər planına müvafiq olaraq təşkil edildiyini diqqətə çatdırıb.

 

Sonra UNEC rektorunun kollec üzrə məsləhətçisi professor Nuru Mikayılov və digərləri çıxış edərək dövlət tərəfindən bərk məişət tullantılarının idarə edilməsi istiqamətində həyata keçirilən tədbirlərdən, bu sahədə dövlət orqanlarının, ictimai təşkilatların və hər kəsin üzərinə düşən vəzifələrdən, maarifləndirmə işinin əhəmiyyətindən, bərk məişət tullantılarının ətraf mühitə və insan sağlamlığına vurduğu zərərdən və onların təkrar emalından danışıblar.

 

UNEC-in Mühəndislik və tətbiqi elmlər kafedrasının dosenti Dürdanə İbrahimova isə “Bərk məişət tullantıları və sağlam həyat tərzi” mövzusunda geniş təqdimatla çıxış edib.