Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-14 11:26:54
Qarabağ qazisindən Təhsil nazirinə müraciət: “Xahiş edirəm, məni görüntülü və ya səsli dinləyəsiniz”

 

 

Müəllimlik fəaliyyəti ilə bağlı problemlə üzləşən  Qarabağ müharibəsi əlili Ələddin Qarayev AzEdu.az saytı vasitəsilə  Təhsil naziri Emin Əmrullayevə müraciət edib:

 

“Cənab Emin Əmrullayev gec də olsa sizi Təhsil naziri təyin edilməniz münasibətilə təbrik edirəm.

 

Cənab nazir, yazıb bildirirəm ki, Mən Ələddin Qarayev ali təhsilli  ikinci dərəcəli müharibə əliliyəm. Fərqlənmə diplomlu magistr, II dərəcəli müharibə əlili kimi, ali məktəblərin qapılarında qalmışam. Çox istərdim ki, mənə köməklik göstərəsiniz. Mənim BDU-da müharibə illərində və sonrakı illərdə böyük fəaliyyətim olub, Tələbə Veteran Komitəsinin sədri olmuşam, Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişəm. 1992-1997 cı illərdə BDU-nun Tələbə Veteranlar Şurasının sədri olmaqla, dəfələrlə döyüş bölgələrində olmuşam.Eyni zamanda 1993-1996-cı illərdə dövlətə dəstək mitinqlərinin BDU-da aktiv tələbə kimi təşkilatçısı olmuşam.1994-cü ildə Ulu Öndər Heydər Əliyevin BDU-ya ilk gəlişi zamanı aktiv tələbə kimi tələbələr adından çıxış etmişəm.1997-ci ildə bakalavrların birinci buraxılışına həsr olunmuş respublika tədbirində BDU-nu təmsil etmişəm. 1997-ci ildə BDU-nun Tarix fakültəsinin bakalavr, 2000-ci ildə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirmişəm. 1997-ci ildə Yeni Əsr qəzetinin baş redaktoru, 2000-2004 cü illərdə Xalq və Respublika qəzetləri ilə əməkdaşlıq etmişəm.2004-2017-cı illərdə Hüquqi Dövlət qəzetinin baş redaktoru kimi çalışmışam. 2015-ci ilə qədər jurnalist  fəaliyyəti ilə məşğul olmuşam.

 

2015-ci ildən ali məktəblərin birində müəllim kimi fəaliyyət göstərmək istəsəm də, alınmır. Bizim  kimi ali təhsilli qazilər azdır, elmlə bərabər, tələbələrə müharibə psixologiyası, hərbivətənpərlik ideyaları aşılamaq lazımdır.1997-ci ildən BDU-nun Tarix fakültəsinin bakalavr, 2000-ci ildə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirmişəm. 500-dən çox məqalənin, 1 kitabın müəllifiyəm. Emin müəllim xahiş edirəm ki, məni görüntülü və ya səsli dinləyəsiniz. İki azyaşlı övlad atasıyam. İnanıram ki, düşmən üzərində qazandığımız bu möhtəşəm qələbədən sonra humanist nazir kimi nəinki  I Qarabağ müharibəsi iştirakçıları, qaziləri, şəhid ailələri, eyni zamanda II Qarabağ müharibəsinin şanlı tarixinin yazılmasında bilavasitə iştirak edən insanlar  da diqqətinizdə olacaq”.