Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-09 17:00:00
Tarix Muzeyinə yeni etnoqrafik materiallar təqdim olunub - FOTO

Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyinə yeni materiallar - XX əsrin əvvəllərinə aid iki misgərlik nümunəsi olan badya və çömçə, həmçinin örpək təqdim edilib.

Muzeydən AzEdu.az-a bildiriblər ki, badyanın üzərində ərəb əlifbası ilə “Sahibi Seyfulla” sözləri həkk olunub. Kənarları qızılı haşiyəli və saçaqlı, tünd mavi rəngli örpək Azərbaycan xanımının tarixi geyim tərzini, estetik zövqünü öyrənmək baxımından dəyərli materialdır.

Eksponatlar dövrün etnoqrafik tarixini tədqiq və təbliğ etmək baxımından əhəmiyyətlidir.