Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-13 14:00:00
Müəllim yalnız bu halda iki sinifdə sinif rəhbərliyi apara bilər-RƏSMİ  

Sinif rəhbəri  sinifdə ona həvalə edilən şagirdlərə təlim və tərbiyə vermək, onları insan və vətəndaş kimi yetişdirməyi təşkil və təmin edən məsul şəxsdir. 

Ümumtəhsil müəssisələrinin ibtidai siniflərində müəllimlərin iki sinif komplektində dərs aparmasına yol verilmir.

 

AzEdu.az rəsmi sənədə əsasən xəbər verir ki, zəruri ehtiyac olduqda təhsili idarəetmə orqanlarının və ya təhsil müəssisələrinin əsaslandırılmış təqdimatına əsasən ibtidai siniflərdə müəllimlərin iki sinif komplektində dərs aparması TN-nin razılığı ilə həyata keçirilir. Məktəbdə müəllimlərin sayı kifayət qədər olmadıqda Təhsil Nazirliyinin icazəsi ilə iki sinifdə sinif rəhbərliyi aparıla bilər.

 

İbtidai siniflərdə fiziki tərbiyə, musiqi, texnologiya və təsviri incəsənət dərsləri ibtidai sinif müəllimlərinin özləri tərəfindən, xarici dil və informatika fənləri isə ixtisaslı kadrlar tərəfindən tədris edilir. Kadr olmadığı halda informatika fənnini ibtidai sinif müəllimi apara bilər.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları