Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-12 17:41:00
Əyani tədrisin dayandırılması, distant təhsilə keçid-Həftənin Təhsil İcmalı

AzEdu.az ötən həftənin təhsil icmalını təqdim edir:

 

Yola saldığımız həftədə 5-11 aprel təhsil sahəsində nələrin baş verdiyinə qısa nəzər salaq:

 

5 apreldən Bakı, Sumqayıt, Gəncə, Şəki və Abşeronda məktəblər bağlanıb:

 

Təhsil Nazirliyindən verilən məlumata görə,  Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili nəzərdə tutulur.

             

11 apreldən Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının yaradılmasının beş il keçir:

 

Dövlət İmtahan Mərkəzinin ali məktəblərə, dövlət qurumlarına və s. qəbul prosesinin inkişaf etdirilməsi ilə bağlı qəbul edilmiş normativ hüquqi aktların həyata keçirilməsində xüsusi rolu  vardır.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı il 11 aprel tarixli Fərmanı ilə Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxs olaraq yaradılıb.

 

Təhsil işçilərinin vaksinasiya prosesi davam etməkdədi:

 

Aprelin 6-dək qeydə alınan göstəricilərə əsasən, Bakı və Sumqayıt şəhərlərində 9, Abşeron rayonunda 21 ümumi təhsil müəssisəsinin hər birinin 50 yaşdan yuxarı pedaqoji və texniki heyəti üzrə 90 faizdən çox əməkdaşının "COVID-19" əleyhinə birinci doza vaksin vurulması prosesi yekunlaşdırılıb. 

 

Növbəti onlayn müsahibələrə start verilib:

 

Aprelin 13-dən 2020-2021-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin növbəti müsahibə mərhələsi üçün elektron sənəd qəbulu başlanılacaq.
 
Müsahibə mərhələsinin elektron sənəd qəbulu 13-14 aprel tarixlərini əhatə edəcək. 
 
13 aprel tarixindən namizədlər şəxsi səhifələrinə daxil olaraq onlayn müsahibələrdə iştirak etmək üçün hazırlanmış təlimatla tanış ola bilərlər. Namizədlər təlimatla tanış olduqdan sonra müsahibə linkinin göndəriləcəyi elektron poçt ünvanlarını müvafiq xanaya yazaraq iştiraklarını təsdiq etməlidirlər.

 

Təhsil naziri rektorlarla onlayn görüşüb:

 

Aprelin 8-də Təhsil naziri Emin Əmrullayev ali təhsil müəssisələrinin rəhbərləri ilə onlayn formatda görüş keçirib.

 

Görüşdə ali təhsil müəssisələrində çalışan professor-müəllim və inzibati heyətin vaksinasiya prosesinin səmərəli həyata keçirilməsi, pandemiya dövründə tədrisin təşkili, eləcə də universitetlərin elm və tədqiqat sahəsində inkişaf planları barədə müzakirələr aparılıb.

 

Bu universitetlərdə nöqsanlar aşkarlanıb:

 

“Azərbaycan Respublikası Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında” hesabat sənədinə əsasən, ali məktəblər arasında ən çox nöqsan Azərbaycan Tibb Universitetində ( 21 nöqsan) qeydə alınıb.

 

Sənəddə bildirilib ki, sonrakı yerdə Bakı Dövlət Universiteti (11 nöqsan) və Azərbaycan Dövlət İqtisad Universiteti (8 nöqsan) qərarlaşıb.

 

Qeyd edək ki, hesabat aprelin 8-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılacaq.

 

İndi isə ötən həftənin əsas təhsil açıqlamalarına diqqət edək:

 

Məktəbdaxili qiymətləndirmə bu tarixdə keçiriləcək:

 

“Əgər distant təhsil davam edərsə, yəqin ki, əmrə əsasən, onlayn məktəbdaxili qiymətləndirmə dərs ilinin sonunda da həyata keçiriləcək”.

 

Bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva deyib.

 

O bildirib ki,ənənəvi təhsilə keçirilərsə, onda Təhsil Nazirliyinin müvafiq qərarı və əmrləri olacaq: “Qiymətləndirmə də buna uyğun olaraq həyata keçiriləcək. Qiymətləndirmə çox vacib məsələdir. O zaman problemlər yarandı, buna etiraz edənlər oldu ki, qiymətləndirmə keçirilməsin. Amma qiymətləndirmə mövcud vəziyyəti dəyərləndirmək deməkdir. Bunsuz biz harda olduğumuzu ölçə bilməzdik. Düzdür, burada da obyektiv və subyektiv səbəblər oldu, amma bu, çox mühüm məsələdir və düşünürəm ki, qiymətləndirmə olacaq".

 

“Bu tarixdən ənənəvi tədrisə qayıda bilərik” – Emin Əmrullayev açıqladı:

 

“Təhsilin bütün sahəsi üzrə 80-90 % müəllim və texniki heyət peyvənd olunacaqsa, bu şərtlə sentyabrın 15-də ənənəvi tədrisə qayıda bilərik”.

 

Bunu Təhsil naziri Emin Əmrullayev  Azərbaycan televiziyasında yayımlanan “Hədəf” verilişində deyib.

 

O, vaksinasiya prosesinin  davam etdiyini vurğulayıb:

 

“Yaşı 50-dən yuxarı olan müəllim və texniki heyətin  Bakıda 54 %-i, Sumqayıtda 69 %-i, Abşeronda 60 %-i, digər bölgələrdə isə 50%-i koronavirus əleyhinə peyvənd vurdurub. Hər hansı məktəbin işçi heyətinin 85 %-dən çoxu vaksinasiya prosesindən keçibsə, həmin təhsil ocağını müəyyən mənada təhlükəsiz məktəb kimi qiymətləndirə bilərik. Əminəm ki, təhsilin bütün sahəsi üzrə 80-90 % müəllim və texniki heyət peyvənd olunacaqsa, bu şərtlə sentyabrın 15-də ənənəvi tədrisə qayıda bilərik. Əks halda sadəcə hansısa qapanma və dalğalarla pandemiya uzun müddət davam edəcək. Ona görə də ən effektiv üsul peyvəndləmədir”.

 

Nazir: 100-ə qədər məktəb personalı gündəlik olaraq koronavirusa yoluxur:

 

“Martın son 3 günü ərzində 61 məktəb distant təhsilə keçmək məcburiyyətində qaldı. Hətta bəzi vətəndaşlarımız bu yoluxma sayında belə müəllim və şagirdlərin məktəbə getməsinin tərəfdarıdır. Amma nəzərə alaq ki, gündəlik yoluxmaların 4-6 faizi müəllimlər olur”. 

 

Sinif və məktəblər distant təhsilə bu qaydada keçib:

 

"Mövcud qaydalara görə sinifdə bir yoluxma varsa, həmin sinif, yox əgər məktəb daxilində bir neçə müəllim və şagird yoluxarsa, o zaman məktəb distlant təhsilə keçir.

 

Bunu Təhsil naziri Emin Əmrullayev canlı yayım zamanı deyib:

 

“Bir müəllimin daha çox sinifə girməsi və şagirdlə ünsiyyətdə olması yoluxma sayını kəskin artırır. Bununla da məktəbin böyük hissəsinin karantinə alınması ehtiyacı yaradır. Biz martın 29-dan tədrisə başladıqdan sonra cəmi 3 gün ərzində ölkə üzrə 61 ümumitəhsil məktəbinin fəaliyyətini distant təhsilə keçirmək məcburiyyətində olduq. Onlardan 24-ü Bakı, 3-ü Sumqayıt, 5-i Şəki məktəbi olub”.

 

Emin Əmrullayev:”Bölgələrdə risk olarsa, distant təhsilə keçiləcək" 

 

"Statistika izlənir, ayrı-ayrı yerlərdə risk olarsa, distant təhsilə keçiləcək”. 

 

O, qeyd edib ki, bir çox rayonlarda gündəlik yoluxma 3-5 aralığında olur:

 

“Ona görə bu ərazilərdə kütləvi yoluxmalara gedilməsi düzgün bilinmədi. Ənənəvi qaydada öyrənmək ən vacibidir. Müəllimlər də böyük risklərlə üz-üzə qalır, amma onlar şagirdlərin öyrənməsi üçün çalışırlar. Onların əksəriyyəti də şagirdlərə üz-üzə dərs keçməyin tərəfdarıdır. Təbii ki, statistika izlənir, ayrı-ayrı yerlərdə risk olarsa, distant təhsilə keçiləcək”. 

 

Nazir:”Müəllimlərin vaksinasiyasının nəticələrini bu tarixdə görəcəyik”:

 

“Bakıda 50 yaşdan yuxarı 54, Sumqayıt 69, Abşeronda 60, digər bölgələrdə 50 faiz müəllim və texniki heyət vaksinasiya olunub”.

 

 O,qeyd edib ki, birinci vaksin vurulandan sonra dərhal immunitet yaranmır.

 

“Birinci vaksindən 42 gün, yəni 6 həftə sonra immunitetin formalaşmasından danışa bilərik. Fevralın sonundan müəllimlərin kütləvi vaksinasiyasının nəticəsini aprelin sonunda, may ayında görəcəyik. Proses sürətlə davam edir. Vaksinlərdən qorxmaq lazım deyil. Xüsusilə də müəllimlərin vaksinasiyası çox vacibdir”.

 

Emin Əmrullayev:”Növbəti həftədən bütün təhsil işçiləri yaşından asılı olmayaraq peyvənd olunacaq”:

 

"Tam ənənəvi qaydaya növbəti tədris ilindən qatıtmaq mümkün olacaq".

  

“İkinci vaksinasiyadan sonra yoluxmadan reanimasiyaya düşmək və ölüm halı olmayıb. 800-900 min adam vaksin olub, heç nə olmayıb. Növbəti həftədən bütün təhsil işçiləri yaşından asılı olmayaraq vaksinasiya olunacaq". 

 

Yalnız bu halda ənənəvi tədrisə qayıdılacaq:

 

“Yoluxma sayları azaldığı halda ənənəvi təhsilə keçmək tərəfdarıyıq. Məktəblərin sonrakı fəaliyyəti ilə bağlı gələn həftələrdə dəqiq proqnoz vermək mümkün olacaq”.

 

Nazir: "Bakıda məktəblərdə davamiyyət 64-65%-ə düşmüşdü":

 

“Bəzən mediada belə fikirlər səslənir ki, məktəblərin distant təhsilə keçməsi ictimai sorğu əsasında olub. Bunun da müəyyən rolu var, amma 3-5 günə tam texniki tələblərə cavab verən sorğu keçirmək imkanımız yoxdur”. 

 

Onun sözlərinə görə, sorğuda 50 min adam rəy verib: “75 faiz adam təxminən məktəblərin bu və ya digər formada bağlanmasının tərəfdarı idi. Digər bir səbəb də məktəblərdə davamiyyətlə bağlıdır. 29 martda Bakıda 80% uşaq məktəbə gəlirdisə, sonrakı 2-3 gün ərzində bu rəqəmin 64-65%-ə düşməsini gördük. Onsuz da gün ərzində də 10-12 məktəb distant təhsilə keçirdi. Həmişə məktəblərin bağlanması-açılması ilə bağlı qərarlar kifayət qədər ağır olur, razı və narazı qalanlar olur. Məqsədimiz vətəndaş məmnuniyyəti ilə yanaşı şagirdlərin öyrənməsini təmin etmək, eyni zamanda sağlamlıqdır”.

 

Təhsil naziri: "Ən vacib olan müəllim və şagirdlərin sağlamlığıdır”:

 

“Fevralın sonundan başlayaraq yoluxma saylarının artması müşahidə olunurdu”.

 

O deyib ki, bu şəraitdə müəyyən qərarlar verilməli idi: “Bu zaman həm qısamüddətli, həm də uzunmüddətli hədəflər nəzərə alınıb. Ən vacib olan müəllim və şagirdlərin sağlamlığıdır”.

 

Emin Əmrullayev: "Gündəlik yoluxmaların 4-6 faizi müəllimlər olur":

 

"Martın son 3 günü ərzində 61 məktəb distant təhsilə keçmək məcburiyyətində qaldı. Onlardan 24-ü Bakı şəhərinin payına düşürdü". 

 

O, bildirib ki, qarşıdakı həftələrdə nə olacağı ilə bağlı qeyri-müəyyənlik var: “Hətta bəzi vətəndaşlarımız bu yoluxma sayında belə müəllim və şagirdlərin məktəbə getməsinin tərəfdarıdır. Amma nəzərə alaq ki, gündəlik yoluxmaların 4-6 faizi müəllimlər olur”. 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları