Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-12 16:04:00
“Dünyadakı dəyişikliyi anlamağa məcburuq”-Təhsil naziri  

Türkiyə Özəl Məktəblər dərnəyi tərəfindən təşkil olunan 7-ci Təhsil Texnoloji konfransda Təhsil naziri Ziya Səlcuq açılış nitqində bildirib ki, həm indiki vaxtdan həm də gələcəkdən məsuliyyət daşıyırıq. Biz həm də gələcəyə məktub yazırıq. Əgər məktubu göndərdiyimiz ünvan dəyişsə və biz köhnəsinə göndərsək, o zaman çəkdiyimiz əziyyətin boşa getdiyini bildirmək istəyirəm. Texnologiyadan düzgün istifadə öz əlimizdədir. Dijital dünyanın içində dünyaya gələn uşaqlarımızın başqa ehtiyacları var. Əvvəlki nəsillərlə müqayisədə texnologiyaya aid məqamları daha tez öyrənirlər. Dünyadakı dəyişikliyi anlamağa məcburuq. Bu gün artıq alış-verişi internetdən edən, film, teatr və serialları onlayn izləyən bir nəsil var qarşımızda.

 

Dünyada “COVİD-19” Türkiyədə “EBA”

 

AzEdu.az türk mediasına istinadən xəbər verir ki, hazırda EBA(EGİTİM BİLİŞİM AĞI) proqramından 30 milyon abunəçi istifadə edir. Proqram vasitəsilə 3 milyondan artıq canlı dərs hazırlanıb. EBA-dakı dərslər 3 müxtəlif telekanaldan izlənilir. Pandemiya başladıqdan bugünədək biz nəyi edə bilmədik, bunun üzərində dayanmaq lazımdır.

Sistem  bütün şagirdlər üçün eyni dərəcədə ədalətli şəkildə həyata keçirilir. Məsələn, təkcə 12-ci sinif şagirdi eyni mövzunu 5 fərqli müəllimdən dinləmək imkanına sahibdir.

Həmçinin müəllimlərin də texnoloji biliklərini inkişaf etdirmələri məni çox məmnun edir. Onlar təlimlərə cəlb olunur və beynəlxalq sertifikatlar əldə edirlər.