Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-12 11:43:00
“Sağlam təhsil – sağlam millət” layihəsi üzrə qrant müsabiqəyə qəbul davam edir  

“Sağlam təhsil – sağlam millət” layihəsinin 2021-2022-ci illər üzrə inkişafı” qrant müsabiqəsinə layihələrin qəbulu prosesi davam edir.

Təhsil Nazirliyindən bildirilib ki, müsabiqədə iştirak üçün müraciət sənədləri aprelin 20-i saat 18:00-dək elektron formada [email protected] ünvanına göndərilməlidir.

Qrant müsabiqəsi barədə daha ətraflı məlumatla Təhsil Nazirliyinin rəsmi saytında yer almış elan vasitəsilə tanış olmaq mümkündür.

Qeyd edək ki, sözügedən layihə ümumi və xüsusi təhsil müəssisələrində, eləcə də ümumi təhsil müəssisələrinin xüsusi siniflərində sağlam təlim mühitinin formalaşdırılması, sağlamlığı qoruyan təhsil texnologiyalarının hazırlanması və tətbiqi üzrə keçirilir.