Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-12 11:31:00
Rektor koronavirusa yoluxdu, ali məktəbdə dərslər dayandırıldı

Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi koronavirusa yoluxub.

 

Bu barədə Xalq artisti özü məlumat verib.

 

O bildirib ki, 8 gün əvvəl özünü narahat hiss edib: “Koronavirusa görə verdiyim testin cavabı pozitiv çıxıb. Səhhətim yaxşıdır, müalicəmi ev şəraitində davam etdirirəm. Hər şey yaxşıdır”.

 

Konservatoriyanın Mətbuat xidmətinin rəhbəri Anar Bəylərov isə “Report”a bildirib ki, COVID-19 səbəbindən təhsil müəssisəsində əyani dərslər dayandırılıb.

 

Onun sözlərinə görə, konservatoriyanın 3 əməkdaşının COVID-19 testinin nəticəsi pozitiv çıxıb: “Yoluxmaların sayı çoxaldığına görə, rektorun tapşırığı ilə bu gündən etibarən əyani dərslər müddətsiz dayandırılıb. Bundan sonra dərslər onlayın formada davam etdiriləcək”.

 

Report