Sumqayıt Şəhər Təhsil Şöbəsi və 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə Sumqayıt məktəbləri arasında "Məktəbli xoru ifasında hərbi marşların” təqdimat müsabiqəsi keçirilib. Otuz ümumtəhsil müəssisəsi təqdimat hazırlayaraq müsabiqədə qalib adı uğrunda mübarizəyə qatılıb.

 

Şəhər Təhsil Şöbəsindən AzEdu.az–a bildirilib ki, müsabiqənin keçirilməsində əsas məqsəd məktəblilərin Azərbaycan Ordusunun Vətən müharibəsində zəfər yürüşü və dünya hərb tarixində açdığı yeni səhifə ilə bağlı öz yaradıcı təfəkkürü ilə tərənnüm edilməsi, bu istiqamətdə bacarıqların inkişaf etdirilməsi, eləcə də şagirdlərin vətənpərvərlik ruhunda yetişdirilməsindən ibarətdir.

 

Müsabiqənin nəticələrinə görə beş məktəb birinci, beş məktəb ikinci, beş məktəb üçüncü yerə layiq görülüb. Daha 12 məktəb, həmçinin “Təfəkkür” və Texniki və təbiət elmləri liseyin komandaları həvəsləndirici mükafata layiq görülüb.