Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-11 17:45:00
“Sağlam təhsil –sağlam millət” layihəsinin 2 qrant müsabiqəsinə sənəd qəbulu davam edir  

Ümumi və xüsusi təhsil müəssisələrində, eləcə də ümumi təhsil müəssisələrinin xüsusi siniflərində sağlam təlim mühitinin formalaşdırılması, sağlamlığı qoruyan təhsil texnologiyalarının hazırlanması və tətbiqi üzrə keçirilən “Sağlam təhsil – sağlam millət” layihəsinin 2021-2022-ci illər üzrə inkişafına dair qrant müsabiqəsi elan olunub.

 

Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, müsabiqədə iştirak üçün sənədlər aprelin 20-dək elektron formada [email protected]  ünvanına göndərilməlidir. Layihələrin qəbulu üçün son müddət aprelin 20-i saat 18:00-dır.

 

Qrant müsabiqəsi barədə daha ətraflı məlumat Təhsil Nazirliyinin rəsmi saytında verilib.