Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-11 13:43:00
Koronavirus peyvəndi qadınlara daha pis təsir edir

Fevral ayında peyvənd edilən təxminən 14 milyon insanın 7 mini yan təsirləri olduğunu bildirib. Qadınlar isə COVID-19 peyvəndinin ciddi yan təsirindən kişilərdən dörd dəfə çox şikayətlənirlər.

 

AzEdu.az  Lent.az-a istinadla bildirir ki, bunu Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin məlumatları sübut edir.

 

2021-ci ilin fevral ayında təxminən 7 min insan peyvəndin yan təsirlərini bildirib ki, bunların 80 faizi qadınlardır.

 

Ay ərzində 13 794 904 doza peyvənd tətbiq olunub, bundan sonra 6994 yan təsiri bildirilib.

 

Peyvəndləmədən sonra yan təsir olduğunu bildirənlərin 5.5 mindən çoxu qadın, 1.4 mini kişidir. Qadınların 61,2 faizinə "Pfizer" və ya "Moderna" peyvəndləri vurulub.

 

"Bu fərqlər, ehtimal ki, reproduktiv hormonlarla əlaqəli bir bioloji təsir göstəricisidir", - məlumatda bildirilir.

 

Bununla həm də kişilərdə niyə ağır koronavirus hallarına məruz qalma və ya xəstəlikdən ölmə ehtimalının daha yüksək olduğunu izah etmək mümkündür.