Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-11 09:30:00
Karantin günlərində şagirdlərin düzgün tədrisini necə təşkil edək?-Valideynlər üçün

Koronovirus pandemiya üzündən tədris prosesinin müvəqqəti dayandırılması, müəllim, valideyn və şagirdlərdə başqa çıxış yolu axtarmağa sövq edir. Distant və evdə təhsil formatları bu günlərdə daha effektiv, demək olar ki, yeganə çıxış yoludur.

Valideynlər övladlarının ev şəraitində saha effektli öyrənmələri, özlərini təhsildən soyutmamaları  üçün nələr etməlidirlər?

 

AzEdu.az bu mövzu ilə bağlı xarici mediaya əsasən hazırladığı tərcümə yazısını təqdim edir:

 

 

Övladınızın xoşbəxtliyini birinci planda tutun

 

Effektiv  öyrənmə prosesi yalnız  uşaqların özlərini xoşbəxt və əmin hiss etdikləri təqdirdə həyata keçir;

 

 

 

Uşağınıza azadlıq verin

 

 

Övladınızın öz fikirlərini sərbəst deməsinə və gün ərzində edəcəklərini özünün planlaşdırmasına icazə verin. Əgər fasiləsiz telefon oyunları ilə vaxt keçirərsə, buna müdaxilə etmək lazımdır. Ancaq müdaxilə etməzdən əvvəl ona seçim haqqı verin. Telefon oyunlarından maraqlı oyunlar oynaya biləcəyini ona göstərin. Bir çox valideyn nəticədən razı qalacaq.

 

Tablet, telefon və televizordan istifadəni məhdudlaşdırın

 

Bu kimi texnoloji vasitələrdən çox istifadə həm həm fiziki həm zehini problemlər yaratmaqla yanaşı yuxu rejimini də pozur. İdmanla məşğul olmaq,  kitab oxumaq ya da yeni bir məşğuliyyət tapmaq, televizor və kompüter ekranlarının şüasından azad olmağın ən gözəl yollarındandır.

Övladınıza qayğıyla yanaşın

 

Övladınıza özünə olan gözləntiləri və qarşılaşdığı çətinlikləri danışmasına icazə verin. Onları səbrlə dinləyin və tez reaksiya verməyə çalışmayın.

 

Hər gün kitab oxumağa təşviq edin

 

İstər özləri təkbaşına istər valideynləri və ya dostları ilə olsun, uşaqların kitab oxumağa davam etməyi çox önəmlidir. Nə oxduqları fərq etməz, təki oxusunlar.

 

Uşaqları daim idarə etməyə, ultimatum verməyə çalışmayın

 

Onları müəyyən qədər azad buraxın. Öz arzu və istəklərini özləri tapmağa çalışsınlar. Amma nəzarətiniz daim üzərlərində olsun.

 

Unutmayın, öyrənmək də əyləncəli olmalıdır

 

Öyrənməyi əyləncəli hala gətirmək böyük əhəmiyyət kəsb edir. Buna görə yemək bişirmək, şəkil çəkmək can sıxıntısını yox edəcək məşğuliyyətlərdir.

 

Uşaqlarınızın uğurlarını deyil, həmin uğuru qazanmaq üçün çəkdiyi əziyyəti tərifləyin

 

Uğurlu nəticəni tərifləməkdənsə, o nəticəyə gələnə qədər göstərdiyi əziyyəti alqışlamaq daha effektiv nəticə verər.

 

Övladınıza vaxt ayırın

 

Birlikdə keçirtdiyiniz bu zamanların dadını çıxarın. Onunla oyun oynayın, yemək hazırlayarkən övladınızdan kömək istəyin, mahnı oxuyun və ya rəqs edin. Uşaqlara onlara birlikdə əyləndiyinizi göstərin.