Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-10 16:03:00
Şagirdə dərsi sevdirmək üçün LAZIMLI metodlar-Tövsiyə  

 Məktəbdə müvəffəqiyyət qazanmağa təsir edən amillər müəllimdən valideyinə, təhsil mühitindən şagirdə qədər bir çox başlıq altında araşdırıla bilər. Şagirdlərin təhsildə uğur qazanması, çalışqan olmasında özləri ilə yanaşı valideyin və müəllimlərin rolu böyük əhəmiyyət kəsb edir.

 

Bu səbəblə şagirdlərin məktəb mühitində və dərslərdə uğur qazanmaları üçün bir neçə tövsiyyəmiz var:

 

1.Dərsi dərsdə başa düşməyin əhəmiyyəti hər zaman xatırladılır, ancaq şagird də bunun nə üçün vacib olduğunu yaxşı anlamalıdır. Şagirdə bunu izah etməkdə fayda var:

 Dərs zamanı dərsə tam diqqət yetirsəniz və həmin an mövzunu başa düşsəniz, imtahan vaxtı gələndə yığılmış mövzuları yenidən öyrənmək  məcburiyyətində qalmayacaqsız. Bildikləri yeniləmək üçün bir dəfə oxumaq , belə desək təkrar etmək kifayətdir.

 

Eyni zamanda dərsə ayırmaq  istəmədiyin 30-40 dəqiqə, sonradan mövzunu başa düşmək üçün bir neçə saat ayırmağına səbəb ola bilər. Beləliklə, dərsi dərsdə başa düşmək  ən zəhmətsiz və ən təsirli metoddur. Çox oxumağı sevmirsinizsə, ən yaxşısı,  diqqətinizi müəllimin dərs zamanı söylədiklərinə cəmləşdirməkdir. Məktəbdə uğur qazanmağın qızıl qaydaları arasında motivlər və hədəflər var, lakin, əlbəttə ki, bununla məhdudlaşmır.

 

  1. Uşağa çoxlu sual verməyi öyrədin. Məktəbdə qazanılan uğurda ailənin rolu və müəllimin rolu bu kimi məsələlərdə ön plana çıxır. Şagird bir sual verəndə "İzah etdim axı ... Niyə başa düşmədin?" və s. kimi reaksiya verməyin.  Səbirli olun və yenidən izah edin.

 

İstər dərsdə, istərsə də evdə valideynləri ilə birlikdə dərs oxuyarkən, uşaq tərəddüd  etmədən nəyi başa düşmədiyini soruşa bilməlidir. Uşaqlara sual verməyin heyranedici bir davranış olduğunu hiss  etdirin.

 

3.Dərs zamanı  daim bir-biri  ilə danışaraq diqqətləri yayınan yaxın dost olan şagirdlərin yanaşı oturmadığından əmin olun.  Əgər bununla bağlı məsuliyyət sizdədirsə (siz müəllimsinizsə), nə üçün etdiyinizi bilməməlidirlər. Şagirdi dərs zamanı diqqətini yayındırmayacaq  bir  yoldaşı  ilə yanaşı əyləşdirərkən onlara “sizin yaxşı ünsiyyət quracağınızı düşündüyüm üçün yanaşı oturmağınızı istəyirəm” deyərək bu şəkildə motivə edin.

 

  1. Şagirdlərə bildiklərini təkrar etməyi öyrədin, ancaq əzbərçiliyi aşılamayın. Yaddaşda həkk olunması lazım olan məlumatları təkrarlatmaqla yanaşı tətbiqləri də təkrarladın.

 

  1. Uşaqlar sevdikləri mühitdə, sevdikləri fəaliyyətlə məşğul olarkən özlərini yaxşı hiss edir və həvəslə çalışırlar. Bu, onların uğur qazanmaqlarına səbəb olar. Beləliklə, məktəbi sevmək və məktəbdəki fəaliyyətlərdən zövq almaq eyni effekt verəcəkdir. Uşaqlara məktəbi sevdirmək üçün ailələr və müəllimlər əl-ələ verməlidirlər. Yalnız məcburi olduğu üçün məktəbə gedirmiş kimi hiss ettirməyin. Məktəbin gözəl bir dostluq məkanı olduğunu, çox maraqlı məlumatlar örəniləcəyini,çox yaxşı oyunlar oynanıldığını hər daim xatırladın. Beləliklə, hər zaman gözəl tərəfindən baxmasına nail olun. Müəllimlər, eyni zamanda, oyunlaşdırılmış təhsil metodları ilə uşaqların marağını və sevgisini qazanmaq üçün müxtəlif planlar hazırlamalıdırlar. Əziz müəllimlərimiz hər zaman bu mövzuda  istəkli və könüllüdürlər. Uşaq məktəbi sevirsə, o zaman daha uğurlu olacaq.

 

Zəka oyunları uşaqların düşünmə bacarıqlarını inkişaf etdirmək və dərslərdə uğurlarını artırmaq üçün tövsiyə olunur. Bu oyunları mütəmadi olaraq oynayın.