Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-09 17:38:00
DİM-in elektron xidmət layihələrindən 35 milyon 962 min 868 dəfə istifadə olunub  

Dövlət İmtahan Mərkəzinin (DİM) ötən 5 il ərzində təqdim etdiyi elektron xidmət layihələrindən 35 milyon 962 min 868 dəfə istifadə olunub. Bunlar dövlət qurumlarının icraatında olan elektron xidmət layihələri arasında ən çox istifadə olunan layihələr kimi qiymətləndirilir.

 

AzEdu.az xəbər verir ki, bu fikirlər Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin DİM-in yaradılmasının 5-ci ildönümünə həsr olunmuş məqaləsində yer alıb.

 

Məqalədə bildirilib ki, DİM bu illər ərzində informasiya-kommunikasiya texnologiyalarının kütləvi proseslərə tətbiqi istiqamətində işləri daha intensiv şəkildə davam etdirib, bu sahədə bir sıra yeni layihələr həyata keçirib. Həmişə olduğu kimi, İKT ali təhsil müəssisələrinin istər bakalavriat, istər magistratura, rezidentura səviyyələrinə qəbul prosesinin, istərsə də ümumtəhsil müəssisələri şagirdlərinin buraxılış imtahanlarının bütün mərhələlərində, həmçinin dövlət qulluğuna qəbulda tətbiq edilib və bununla da milyonlarla vətəndaşa elektron xidmət göstərilib.