Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-01 16:55:00
İspaniya təhsilinin möcüzələri, şagirdlərə edilən qeyri-adi güzəştlər - Dünya tədris SİSTEMLƏRİ

 

 

Dövlətlər  uğurlu  gələcək  üçün  təhsilin  inkişafına  diqqət  edir, onu  xüsusi şəkildə  proqramlaşdırırlar.

 

Gələcək  üçün  yarana biləcək ehtiyacların müəyyənləşdirilməsi və qarşılanması  təhsilin əsas prioritetlərindəndir.

 

Təhsilə xüsusi önəm verən ölkələrdən  biri  də  İspaniyadır. Dünyada  ən  çox  istifadə  edilən  ikinci  dilə  sahib  olan  ölkə  təhsilin  inkişafına  hər  zaman  xüsusi  diqqət  göstərir.

 

AzEdu.az  fərqliliklərlə  dolu  İspaniya  təhsil  sistemi  haqqında  araşdırmanı  təqdim  edir.

 

Təhsil əsasən ödənişsizdir, lakin bəzi məktəblər...   

İspaniyada  məktəbəqədər  təhsil  0-6  yaş  arası  uşaqları  əhatə  edir. Məktəbəqədər  təhsil  bu  ölkədə  məcburi  olmasa  da  demək  olar  ki, bu  yaş  qrupunu  əhatə  edən  bütün  uşaqlar  bundan yararlanırlar. Bu  təhsil  pilləsi  hər  biri  3  il  olmaqla  iki  dövrə  bölünür. Ölkədə  sadəcə  qızların  və  oğlanların  təhsil  aldığı  özəl  məktəblər  də  mövcuddur. Məktəbəqədər  təhsilin  əsas  məqsədi  uşaqların  zehni, fiziki, sosial, əxlaqi  və  duyğusal  baxımdan  inkişafını  təmin  etməkdir. Məktəbəqədər  təhsil  bir  çox  rəsmi  və  özəl  təhsil  müəssisələrində  ödənişsizdir. Ancaq  dövlət  məktəblərində  yemək, şagirdləri  daşıyan  avtobuslar  və  digər  xərclər  ailələr  tərəfindən  ödənilir. Məktəbəqədər  təhsilin  təməl  iki  qurumu  bağçalar  və  məktəbəhazırlıq  sinifləridir. Bu  təhsil  müəssisələri  həm  özəl, həm  də  dövlətə  aid  ola  bilər. Özəl  müəssisələrin  xərcləri  ailələr  tərəfindən  ödənilir.

 

Məktəbəqədər  təhsilin  ikinci  dövrü  3-6  yaş  aralığını  əhatə  edir  və  həm  dövlət  müəssisələrində, həm  də  maliyyə  xərcləri  dövlət  tərəfindən  qarşılanan  özəl  müəssisələrdə  təhsil ödənişsizdir.

 

Din  dərsləri  keçilir, iştirak  könüllüdür

 

İspaniyada  məcburi  təhsil  müddəti  10  ildir. Yəni  6-16  yaş  arası  hər  kəs  təhsil  almağa  məcburdur. İbtidai  təhsil  hər  birinin  müddəti  2  il  olmaqla  3  mərhələdən  ibarətdir. Bu  mərhələdə  əsasən  sinifdən-sinfə  keçmək  rahatdır. Bu  təhsil  pilləsinin  əsas  məqsədi  şagirdə  ümumi  mədəniyyət, oxuma, yazma, özünü  ifadə  bacarığı, hesablama  məlumatları  və  müstəqil  olma  duyğusunu  qazanmaq  fürsəti  verməkdir.   İbtidai  təhsil  pilləsində  əsasən  bu  dərslər  keçilir: İspan  dili  və  Ədəbiyyatı, Riyaziyyat, Ətraf  mühit, İctimai  və  Mədəni  yaşam  məlumatları, İncəsənət  dərsi, Fiziki  tərbiyə. Bununla  yanaşı  dini  məlumatlarla bağlı dərslər  də  keçilir. Ancaq  bu  dərsdə  iştirak  şagirdin  istəyinə  bağlıdır, yəni  könüllüdür. Dərs  proqramları  bölgəyə  uyğun  şəkildə  dəyişir.

 

Şagird  dərsi  mənimsəyə  bilmirsə,  onun  üçün  fərqli  proqram  hazırlanır

 

Bu təhsil  pilləsinin  ilk  4  ili  məcburi, son  iki  ili  isə  könüllüdür. Ümumi – orta  təhsil  pilləsi  peşə  təhsili  müəssisəsində  də  keçilə  bilər.

İspaniyada  peşə  təhsil  müəssisələri  geniş  yayılıb. Akademik  istiqamətdə  inkişaf  etmiş  olan  şagirdlər  tam  orta  təhsil  pilləsinə, qalan  tələbələr  isə  peşə  təhsil  müəssisələrinə  göndərilir. Ümumi-orta  təhsilin  əsas  məqsədi  şagirdi  universitetə  hazırlmaq, yüksək  səviyyədə  ixtisasyönümlü  təhsil  vermək, ölkənin  iş  mühiti  ilə  bağlı  məlumatlandırmaqdır. Dərsləri  öyrənməkdə  çətinlik  çəkən  şagirdlər  üçün  fərqli  proqramlar  hazırlanır. Ümumi-orta  təhsilin  ikinci  mərhələsində  incəsənət, tibb  elmləri, fəlsəfə, sosial  elmlər  və  exniki  fənlər  keçilir.

 

Şagirdin  təhsildə  yuxarı  pilləyə  keçməsi  üçün  müəllimin  fikirlərini  öyrənmək  zəruridir  və  bəzi  məktəblər  kilsəyə bağlıdır

 

Tam  orta  təhsil  pilləsini  bir  növ  universitetə  hazırlıq  sinifləri  kimi  düşünə  bilərik. Tam  orta  təhsil  pilləsinə  keçid  üçün  əvvəlki  pillədən  diplom  və  müəllimin  şagird  haqqında  fikirləri  də  vacib  görülür. Bu  təhsil  pilləsinin  sonunda  məktəbi  bitirmək  və  attestat  almaq  üçün  imtahan  təşkil  edilir. Bu  imtahandan  keçə  bilməyənlər  üçün  isə  təkrar  imtahanlar  təşkil  edilir. Dövlət  məktəbləri  ilə  yanaşı  özəl  məktəblər  də  mövcuddur. Bu  məktəblər  əsasən  bir  qismi  kilsəyə  bağlı  fəaliyyət  göstərir.

 

Məktəblərdə  müdirlər  məktəb  şurası  tərəfindən  seçilir  və  muxtar  bölgə  rəhbəri  tərəfindən  rəsmi  təsdiq  edilir. İbtidai  siniflərdə  maksimum  25, ümumi-orta  təhsil  sinfində  maksimum  30  tələbə  ola  bilir. İspaniyada  məktəblər  şagirdləri  ictimai  nəqliyyatla  təmin  etməyə  məcburdurlar. Məktəblərdə  xarici  dil  3-cü  sinifdən  etibarən  keçilməyə  başlayır. Məktəblərdə  dərs  ili  sentyabrda  başlayır  və  iyunda  bitir. Yeni  ildə  iki  həftə, fevralda  üç  gün  tətil  verilir  və  ayrıca  yay  tətili  olur.

 

Universitetlər  müstəqildir, ancaq  bərabərlik məqsədi  ilə bəzi  qurumlar  tərəfindən  məhdudiyyətləri  qəbul  edir

 

İspaniyada  universitetlər  Azərbaycanda  olduğu  kimi  publik-hüquqi  şəxs  statusunu  daşıyır  və  müstəqildirlər. Öz  rəhbərini, idarə  heyətini  və  büdcəsini  müstəqil  şəkildə  təyin  edir. Dərslər  səhər  saat   09:00-da  başlayır  və   16:00- kimi  davam  edir. Müəssisədə  günorta  yeməyi  verilir  və  yemək  müddəti  2  saat  yarımdır. Bu  quruluş  sayəsində  universitetlər  öz  fəaliyyətlərini, xidmətlərini  və  tədris  planlarını  rahat  təyin  edə  bilirlər. Ancaq  təhsildə  bərabərliyin  təmin  edilməsi  və  hər  kəsin  dərəcələrinin  rəsmi  olaraq  tanına  bilməsi  üçün  bəzi  səlahiyyətli  qurumlar  tərəfindən  tədris  planlarına  məhdudiyyət  qoyulur. Bu məhdudiyyətlər semestr ərzində kurs mövzularını və dərs yüklərini tənzimləyir.

 

Universitetlər  keyfiyyətli  xidmət  üçün  öhdəliklər  götürür

 

İspaniyada  dövlət  universitetləri  yanaşı  özəl  universitetlər  də   mövcuddur. Təqdim olunan xidmətin keyfiyyətini ölçmək məqsədi  ilə  yeni bir universitet üçün  tələb olunan  standartlar  üzərində  bəzi  öhdəliklər  götürülmüşdür. Hazırda  İspaniyada  47  dövlət  və 12  özəl  universitet  fəaliyyət  göstərir.

 

İspaniya  xarici  vətəndaşları  qəbul  edən  ölkədir  və  bu  səbəblə  xarici  vətəndaşlar  üçün  də  təhsil  müəssisəsi  açmağı  vacib  hesab  edirlər  və  fərqliliklər  zənginlikdir  düşüncəsi  ilə  hərəkət  edirlər.

 

 

Müəllimlər  və  məktəb  direktorları  daim  keyfiyyətli  tədris  və   inkişafa  çalışırlar

 

Bu  ölkədə  müəllimlərin  təhsilinə  xüsusi   diqqət  edilir. Yeni  bir  tədris  proqramı  tətbiq  edilmədən  öncə  müəllimlərin  təhsilini  tamamlamağa  diqqət  edilir. Müəllimlər  hər  zaman  müəyyən  suallar  verirlər: Necə  öyrənirik? Necə  öyrədirik? Necə  öyrətməliyik?. Məktəb  müdürləri  isə  Məktəb  olaraq  hansı  səviyyədəyik?, Nə  istəyirik?  kimi  suallara  verirlər. Bu  sualların  cavabı  təbii  olaraq  bir  addım  önə  irəliləmək  üçün  vacib hesab  edilir. “Öyrənməyən  öyrətməz, harada  olduğunu  bilməyən  gəldiyi  yeri  də  bilməz”- deyə  düşünürlər.