Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-09 16:38:00
DİM tərəfindən keçirilən imtahanlarda ötən beş ildə 2 milyon 936 min 294 nəfər iştirak edib  

Dövlət İmtahan Mərkəzinin (DİM) yarandığı 2016-cı ildən indiyə qədər keçirdiyi müxtəlif təyinatlı imtahanlarda 2 milyon 936 min 294 nəfər iştirak edib.

 

AzEdu.az xəbər verir ki, bu fikirlər Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin DİM-in yaradılmasının 5-ci ildönümünə həsr olunmuş məqaləsində yer alıb.

 

Məqalədə qeyd olunub ki, Dövlət İmtahan Mərkəzinin ən ümdə fəaliyyət prinsipi şəffaflıqdır. Mərkəz tələbə qəbulu və dövlət qulluğuna qəbul kampaniyasının bütün mərhələlərində ictimaiyyətin hərtərəfli məlumatlandırılmasına, qəbul prosesinin şəffaflığının təmin edilməsinə, ictimaiyyətin qəbul prosesinin idarə olunmasında iştirakına, bu sahəyə ictimai nəzarətin təşkilinə böyük önəm verib. İmtahanların məzmunu həmişə açıq olub. Qəbul kampaniyasının bütün gedişinin və ayrı-ayrı mərhələlərinin ardıcıl olaraq internetdə, “Abituriyent” jurnalı və digər kütləvi informasiya vasitələrində işıqlandırılması təmin edilib.