Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-09 15:50:00
ADAU və EDX əməkdaşlığının ilk NƏTİCƏLƏRİ

 Azərbaycan Dövlət Aqrar Universitetinin tələbəsi Washington və Valensiya Politexnik Universitetlərinin sertifikatlatını əldə edib.

 

AzEdu.az-ın məlumata görə, Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) Masaçusets Texnoloji Universiteti ilə Harvard Universitetinin birgə təsis etdikləri edX platformasına (www.edx.org) 10 Mart 2021-ci il tarixindən qoşularaq əməkdaşlıq müqaviləsi imzalayıb.

 

Müqaviləyə əsasən, ADAU tələbələri edX platformasında bir sıra ixtisaslar üzrə onlayn kurslarda təhsil almaq imkanı əldə edəcəklər. Təhsil almaqla yanaşı, kursları müvəffəqiyyətlə bitirən və imtahanları uğurla verən tələbələr ödənişsiz olaraq sertifikat da əldə edəcəklər. Ümumilikdə, bu imkandan faydalana biləcək tələbələrin sayı 5000 nəfər olaraq müəyyənləşdirilib.

 

Qeyd edək ki, ortalama bir sertifikat üçün adı qaydada 100-300 ABŞ dolları arasında ödəniş etmək tələb olunur. 5000 nəfərin sertifikasiyası isə təqribən 1 miliyon ABŞ dollarının ödənilməyəcəyini təmin edəcəkdir. ADAU-nun qoşulduğu Platforma dünyanın 160-dan çox nüfuzlu universitetini özündə əhatə edir ki, burada 3000-dən artıq onlayn təhsil kursları üzrə təhsil almaq mümkündür. Onu da qeyd etmək vacibdir ki, artıq, bu sahədə fərqlənən ADAU tələbələri də var. Belə ki, edX platforması ilə əməkdaşlıqdan qısa müddət keçməsinə baxmayaraq ADAU-nun Aqronomluq ixtisası üzrə 2-ci kurs tələbəsi Eşqin Dünyamalı oğlu Əliyev iştirak etdiyi proqramları müvəffəqiyyətlə tamamlayaraq Washington Universiteti və Valensiya Politexnik Universitetinin sertifikatlarını əldə etmişdir.