Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-09 11:48:00
Vatikan Məxfi Arxivlərində uzun müddət araşdırma aparmış ilk azərbaycanlı alim dünyasını dəyişdi - FOTO

 

“Fərid müəllim bütüv ömrünü elmə, əlyazmaların tədqiqinə həsr etmiş təkcə Azərbaycanda deyil, ölkəmizin hüdudlarından kənarda da kifayət qədər tanınmış dəyərli tədqiqatçı alimlərindən biri idi”

 

AzEdu.az  xəbər  verir  ki, bunu  Milli Məclisin Elm və Təhsil  Komitəsinin  üzvü  Ceyhun  Məmmədov  öz  facebook hesabında  qeyd  edib.

 

O, Azərbaycan elminin  daha bir dəyərli alimini itirdiyini  bildirib:

 

“Tarix üzrə elmlər doktoru, professor, Azərbaycan Tibb Tarixçiləri Birliyinin prezidenti, Beynəlxalq Tibb Tarixi Cəmiyyəti (ISHM) İdarə Heyətinin üzvü, Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Əlyazmaların və əski çap kitablarının tərcüməsi və çapa hazırlanması şöbəsinin müdiri Fərid Ələkbərli dünyasını dəyişib.

 

Fərid müəllimin Azərbaycan elmi qarşısında xidmətləri böyükdür. O, elmin müxtəlif sahələrinə aid bir çox aktual əsərlərin tədqiqatçısıdır”.

 

Deputat alimin uğurlu  fəaliyyətinə  diqqət  çəkib:

 

“Vatikan Apostol Kitabxanasında və Vatikan  Məxfi Arxivlərində uzunmüddətli araşdırmalar aparan ilk Azərbaycanlı  alim olmuşdur. 2011-2013-cü illərdə Vatikana səfərləri müddətində Vatikan Arxivlərində Azərbaycan tarixinə aid çoxsaylı sənədlər aşkar etmiş və onların surətlərini Bakıya gətirmişdir.

 

Fərid müəllimə Allahdan rəhmət, yaxınlarına səbr diləyirəm”.